Bu gündən Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin iştirakı ilə İmam Xomeyni (rə) adına hüseyniyyədə şəhidlər sərvəri Həzrət Əba Əbdillah Hüseyn (ə) və vəfalı sirdaşlarına əzadarlıq mərasimi keçiriləcək.
Maide.Az-ın məlumatına görə, əzadarlıq mərasimində müxtəlif bölgələrdən olan minlərlə insan və eləcədə İranın dövlət rəsmiləri iştirakı gözlənilir.
Qeyd edək ki, bu gündən (məhərrəm ayının 6-sı) etibarən qeyd olunan bu mərasim məhərrəm ayının 11-inə (oktyabr ayının 2-dək) qədər davam edəcək.