Allahşükür Paşazadə Mübariz Qurbanlı ilə QMİ və Dini Komitə arasında münasibətləri müzakirə edib

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Azərbaycan Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə görüşüb.
 
QMİ mətbuat xidmətindən Maide.az-a verilən məlumata görə, idarədə keçirilən görüşdə dövlət-din münasibətlərinin daha da təkmilləşdirilməsi, müsəlman dini icmaları ilə əlaqələrin səmərəliliyinin artırılması istiqamətində fikir mübadiləsi aparılıb.
 
Görüşdə ümumi maraq kəsb edən məsələlər ətrafında da faydalı müzakirə və məşvərət edilib.