Suriyada istədiklərini əldə edə bilməyən İŞİD terrorçuları indi də cinayətlərini İraqda davam etdirirlər. Onlar "Allahu Əkbər" sədaları ilə Suriyada kəsdikləri başları, axıtdıqları qanları burada da həyata keçirirlər. Maide.az-ın məlumatına görə, terrorçular İraqda bir qədim məscidə qarşı da insanlıqdankənar zərbə vurublar. Vəhhabilər "Allahu Əkbər" sədaları ilə məscidə minamyot mərmisi ataraq onu yerlə-yeksan ediblər.
Qeyd edək ki, İŞİD terrorçuları iki həftə əvvəl də İraqda yerləşən başqa bir qədim məscidə bomba qoyaraq "Allah Əkbər" sədaları altında partlatmışdılar. http://maide.az/%C4%B0%C5%9E%C4%B0d-terror%C3%A7ular%C4%B1-q%C9%99dim-m%C9%99scidi-partlatd%C4%B1lar_v8087.html