Ağıllı saatlar 2015-ci ilə damğa vuracaq

"Həm telefon, həm də mini kompüter olaraq istifadə edilən ağıllı saatlar 2015-ə damğa vuracaq."
 
Maide.az xəbər verir ki, ''Lavanguardia'' qəzetinin ağıllı saatlarla əlaqədar hazırladığı xəbəri bu başlıqla təqdim edib.
 
Son on ildə hər şey çox sürətlə dəyişdi. Əvvəl masaüstü kompüterlər vardı, sonra dizüstü kompüterlər məşhurlaşdı. Ötən il planşetlərin yüksəlişini izlədik. 2015 isə ağıllı saatların ili olacaq. Sözügedən saatlar həm telefon, həm də mini kompüter olaraq istifadə edilə biləcək. Üstəlik nəbzinizi dinləyəcək və gündəlik məşq miqdarınızı yazacaqlar.
 
Saatın ən sıravi xüsusiyəti isə yüz minlərlə avro dəyəri olan saatların göstərdiyi gündəlik vaxt olacaq…
 
Firmalar "geyilə bilən" texnologiyanın bazar payının 2014-cü ildə 27 milyon avro olduğunu bildirirlər. Bu rəqəmin 2016-cı ildə 90 milyona, 2017-ci ildə isə 135 milyon avroya yüksəlməsi gözlənilir.
 
Yalnız ötən il altı fərqli modeli istehsal olunan ağıllı saatları 2015-ci ildə daha çox insanın qolunda görəcəyik.