Qəzzada gənclər və yeniyetmə uşaqlar işğalçı İsrail rejimin hücumlarından müdafiə olunmaq məqsədi ilə hərbi təlimləri belə keçirlər.
Maide.Az xəbər verir ki, Qəzza zolağında 1.7 milyon nəfər yaşayır. 2007-ci ildən Qəzza zolağı İsrail rejiminin mühasirəsində saxlanılır. 2014-cü ilin yayında sionist rejimin vəhşicəsinə hücumu nəticəsində 1000-dən çox insan həlak oldu, minlərlə insan yaralandı. Bölgənin infrastrukturu demək olar ki, tamamilə dağıdıldı. Içməli su və işığa həsrət qalan Qəzza sakinləri üçün yaşayış bu təcavüzdən sonra daha da ağırlaşdı. (presstv)