İşğalçı İsrail Qəzzaya hava zərbələri endirib -VDİEO

İşğalçı İsrail rejimi hərbi təyyarələri Qəzza zolağına havazərbəsi endirib.
 
Maide.Az xəbər verir ki, hücum nəticəsində 5 nəfər, o cümlədən 17 yaşlı gənc yaralanıb.
 
Həmas-ın sözçüsü Sami Əbuzəhri bildirib ki, sionist rejim yeni oyun axtarışındadır, lakin bu istəyinə çata bilməyəcək. “Sionist rejim bu hücuma  və Qəzzada vəziyyətin gərginləşməsinə görə məsuliyyət daşıyır. Bu hücumlar Fələstin xalqına edilən zülmərin davamıdır və Qəzza bölgəsində yeni oyunlar oynamaq məqsədi ilə atılıb. Lakin Tel Aviv bilsin ki, Fələstin xalqının iradəsi heç vaxt zəifləməyəcək və bu rejim müqavimətlə mübarizədə heç bir oyun oynaya bilməyəcək.”
 
İşğalçı İsrail rejiminin “0404” saytı məlumat yayaraq bildirib ki, ötən gün Qəzzaya edilən hücumu 2014-cü ilin yayında (51 günlük müharibə) Qəzzaya edilən hücumlardan sonra ən ağırıdır. 
 
Fələstin KİV-ləri məlumat verir ki, Sionist rejim  ötən gün gündüz və gecə Qəzzaya 60 –dan çox hava hücumu təşkil edib. Hücum zamanı işğalçı rejim  Amerikadan təzə aldığı F35 qırıcı təyyarələrindən istifadə edib.  Bu qırıcılar alçaqdan uçaraq  istilik balonları atıblar.