İşğalçı İsrail rejimi Şeyx İkrimə Sabrini 4 ay Əl-Əqsa məscidindən uzaqlaşdırılmaq istəyir

İsrail rejiminin polisi Əl-Əqsa məscidinin xətibi Şeyx İkrimə Sabrinin 4 ay  Əl-Əqsa məscidindən uzaqlaşdırılması haqqında qərar qəbul edib.  
 
Maide.Az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Şeyx Səbri, verdiyi açıqlamada məlumatı təsdiqləyib. 
 
Məscidül-Əqsanı müdafiə etməyə davam edəcəyini vurğulayan Şeyx Səbri bildirib ki, işğalçı rejimin təbiəti budur. “İşğala qarşı çıxan səsləri susdurmaq istəyirlər. Məni hədəfə almaq əslində Əqsanı hədəf almaq deməkdir. Çünki Məscidül-Əqsada gözləri var. İşğalçı rejimin bu tərzi ibadət spesifikliyinə, demokratiyaya  və beynəlxalq hüquqa ziddir. "
 
Qeyd edək ki, ötən gün İsrail rejiminin polisi Əl-Əqsa məscidinin xətibi Şeyx İkrimə Sabrinin evinə basqın edib, onu polis bölməsinə getməyə çağırıb.
 
Xatırladaq ki, mayın 29-da İsrail rejiminin qüvvələrinin evinə basqın etməsi nəticəsində saxlanılan şeyx İkrimə, daha sonra sərbəst buraxılmışdı.  İkrimənin bir həftə Əl-Əqsa məscidindən uzaqlaşdırılması qərarı verilmiş və 3 iyun polis bölməsinə gedərək ifadə verməsi tələb olunmuşdu.