İşğalçı İsrail rejimi Suriya ərazisini aviazərbələrlə hədəfə alıb, havadan müdafiə cavab verib

 İşğalçı İsrailin hərbi təyyarələri ötən gecə Livan səmasından Suriyanın Homs əyalətini hədəfə alıblar. Havadan müdafiə sistemləri cavab verib.
 
Maide.Az "SalamNews"-a istinadla xəbər verir ki, bu barədə Suriya Ordusu mənbələri məlumat veriblər.
 
Bildirilib ki, ötən gün axşam 20.25 radələrində İsrail təyyarələri Livan səmasından Homs əyalətini hava zərbələrilə hədəfə alıblar.
 
Ölkənin havadan müdafiə sistemləri raketlərin bir qismini havada ikən vurub.
 
Bu hava zərbələrinin tələfatı və xəsarətləri barədə hələ məlumat yoxdur.
 
İsrail mart ayından ikinci dəfədir ki, Homs əyalətini hədəfə alır. İsrail bundan öncə mart ayının 5-də də Homs əyalətini hədəfə almışdı.
 
Suriyanın Colan yüksəkliklərini işğal edən İsrail bu ölkə ərazisində olan “İran qüvvələri və Hizbullahı” vurduğunu bildirir.