Amerikada məhbusların sayı durmadan artır

Hüquq mühafizə təşkilatlarının məlumatına görə Amerikada həbs olunanların sayı görülməmiş həddə çatıb.

Maide.az-ın World Socialist  saytına istinadən məlumatına görə, məhbusların hüquq müdafiəsi cəmiyyəti qeyd edir ki, 50 ştatdan 36-da həbs olunanların sayı 1978-ci illə müqayisədə 3 dəfə artıb.
Onların sayı 1978-ci ildə 270 min nəfər idi, lakin 2013-cü ildə 1,3 milyon nəfərə çatıb.

Maraqlısı odur ki, ABŞ-da həbsxana məhbusların artım sayı ölkənin ümumi əhalisinin artım sayını qabaqlayır.
Sosial tədqiqatların nəticələri onu göstərir ki, müxtəlif ştatlarda məhbusların sayının artması işsizlik,kasıbçılıq, irqi ayrı seçkilik problemlərini daha da kəskinləşdirir. //