Amerikalı həmsədrdən yeni tvit: “Varşavadayam, nizamlama mümkündür...”

Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Twitter bloqunda Dağlıq Qarabağ münaqişəsinə dair yeni şərhlə çıxış edib.
 
Virtualaz.org saytının xəbərinə görə, həmsədr yazır ki, Minsk Qrupunun həmsədrləri münaqişənin nizamlanması üzərində işləyilər.
 
“Hazırda Varşavadayam. Həmsdər ölkələr - ABŞ, Rusiya və Fransa Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına dəstək üzrə birgə səylərin göstərilməsinə dair ümumi mövqeni bölüşürlər. Nizamlama mümkündür” - deyə Uorlik tvit atıb.
 
Bundan əvvəl Uorlik digər  həmsədrlərlə görüşmək üçün Vaşinqtonu tərk etdiyi barədə tvit yazmışdı. Əlavə etmişdi ki, status-kvo getdikcə təhlükəli xarakter alır.