Amerikalı həmsədr cəbhədəki gərginlik barədə yazdı

Ermənistan və Azərbaycan tərəfi minaatan və ağır hərbi texnikanın istifadəsi barədə məlumatlar yayır. Əgər bu doğrudursa, bu, təhlükəli gərginlikdir.
 
Oxu.az xəbər verir ki, bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün “Twitter” səhifəsində yazıb.
 
“Biz Dağlıq Qarabağda sülhə nail olmaq üçün çalışmalıyıq”, - diplomat qeyd edib./