Amerika polisləri daha bir nəfəri güllələdi

Son zamanlar ABŞ-da polislərin iştirakı ilə baş verən qətl hadisələrinin sayı hər gün artmaqdadır. Belə bir fakta daha biri dünən Kolombus şəhərində baş verən qətl də əlavə olunub. 
 
Maide.az xəbər verir ki, ABŞ-ın ən böyük 15-ci şəhəri və Ohayo ştatının ən böyük şəhəri və paytaxtı olan Kolumbusda polis əməkdaşları hava limanında bir nəfəri öldürüb. Amma hadisənin təfərrüatları ilə bağlı indiyə kimi polis idarəsindən mediaya heç bir məlumat verilməyib. 
 
Sadəcə o məlumdur ki, polis öldürülən şəxsin maşınında araşdırma aparıb. 
 
Öldürülən şəxsin kimliyi haqqında isə məlumat verilməyib.
 
Hava limanının rəsmisi Devid Uitiker isə bildirib ki, aeroportun avtomobil dayanacağında polis əməkdaşları və naməlum kişi arasında mübahisə baş verib. Nəticədə polislər həmin şəxsə atəş açıblar. Onun üzərində silahın olub-olmaması hələ ki, məlum deyil.