AİP rəhbərliyi mitinqlə bağlı bölgələrə səfər edir

İslaminsesi.org-un AİP-in mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, qurumun rəhbərliyi Bakı, Abseron və Sumqayıt rayon komitələrinin üzvləri, nüfuzlu və tanınmış islamçılar, partiya təəssübkeşləri ilə görüşlər keçirib. Aparılan müzakirələrdə mitinqə son hazırlıq işləri nəzərdən keçirilib.
 
Çıxış və şüarlar müəyyənləşdirilib, mitinqdə kütləviliyin təmin olunması üçün bütün işlərin başa çatdığı bildirilib.
 
Sabahdan başlayaraq AİP funksionerləri bölgələrə səfərlər edərək rayon komitələrinin mitinqlə bağlı yekun hazırlıq işləri ilə tanış olacaqlar. /