Amerikanın Lear şirkətinin qovulmuş işçilər Buenos Airesdəki Amerika səfirliyi önündə aksiya keçiriblər.
Press Tv-nin məlumatına görə ABŞ-ın Buenos Aires-dəki səfirliyi önündə keçirilən bu aksiyada iştirak edənlər Amerika bayrağını yandırıblar.
Aksiyaçılar Argentinada iqtisadi durumun bərbad vəziyyətdə olduğunu və sözü gedən şirkətin işçilərinin qovulmaqla bağlı addımını pisləyiblər. Etirazçılar işçilərin yenidən işə dönmələrini istəyiblər.
Argentina polisi aksiyaçıların ABŞ səfirliyinə daxil olmasının qarşısını alıb səfriyə gedən yollar bağlanıb.
Qeyd edək ki, avtobomil ehtiyatları istehsalı ilə məşğul olan bu şirkət son vaxtlar öz işçilərindən 300 nəfərini qovub. maide.az /