Artıq yazılan su pulu problemi necə həll olunacaq? - Rəsmi Açıqlama

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllı son zamanlar əhalini ən çox maraqlandıran suala aydınlıq gətirib.  

 
Lent.az qurum rəsmisinin "Pandemiya ilə əlaqədar sayğaca baxış keçirilmədən orta sərfiyyata uyğun hesabat verilib və bizə artıq su pulu hesablanıb, bu necə həll olunacaq?" sualına verdiyi cavabı təqdim edir:  
 
"Pandemiya ilə əlaqədar əməkdaşlarımızla abonentlərin təmasını minimuma endirmək üçün ötən aylarda hesabatlar mexaniki sayğaclara baxış keçirilmədən orta aylıq sərfiyyata uyğun verilib. Sonrakı aylarda sayğaca baxış keçirilərək hesabatlar dürüstləşmə aparılmaqla verilir. Yəni, əgər abonent orta sərfiyyatdan çox su istifadə edibsə real sərfiyyata uyğun hesabat aparılacaq və ya az istifadə edibsə sayğac göstəricisi orta sərfiyyat göstəricisinə çatanadək hesabat aparılmayacaq. Abonentin hesabında dürüstləşmə insan amili olmadan proqromsal əsaslarla aparılır. Əgər abonentlərin bununla bağlı hər hansı müraciəti olarsa "Borcun araşdırılması üzrə müraciət" elektron xidmətindən istifadə edə bilərlər.