Avropada müsəlmanlara qarşı hücumlar artır

Avropada müsəlmanlara qarşı hücumlar artır
Türkiyə mətbuatının məlumatına ki, ingilis müsəlmanlar Londondakı İslamofobiya konfransında İngiltərəyə səslənərək onlara qarşı artan ayrı-seçkiliyə son qoyulmasına çağırır.
Son illərdə müsəlmanlara qarşı hücumların artması İngiltərədəki müsəlmanları hərəkətə gətirdi. Əslən Səudiyyə Ərəbistanından olan müsəlman qadının, həmçinin somalililərə aid məscidin hücuma məruz qalması ölkədəki gərginliyi artırdı. Müsəlmanlar bu gəriliyin qarşısını almaq üçün Londonda birləşirlər. Bu gün Londonda təşkil ediləcək İslamofobiya konfransında dövlətin irqçi davranışları və müsəlman cəmiyyətlərin sosial inşası mübahisə ediləcək. İngiltərə hökumətinə təqdim olunacaq hesabatda təhsil haqları, baş örtüyü, vətəndaşların bərabərliyi ilə bağlı tələblər dilə gətiriləcək. Konfransı təşkil edən İslam İnsan Haqları Təşkilatı (IHRC) Bosniya və Hersoqovinadan İspaniyaya, Fransadan Bəhreynə qədər bir çox ölkədəki müsəlmanın səsini beynəlxaq arenada çatdırmağa çalışan təşkilat olub başda İngiltərə olmaqla bir çox Avropa ölkəsində baş verən ayrı-seçkiliklərə qarşı mübarizə aparır. /