Avropalı səyahətçilər üçün bir ilkə imza atılıb

Onlar qatarla İranı gəzəcəklər

Avropalı səyahətçilərin İrana səfər etməsi üçün xüsusi şirkətlərdən biri qatarla tur təşkil edib.

Maide.az-ın Beynəlxalq KİV-lərə istinadən məlumatına görə, Avropalı turistlər  VİP qatarla İrana səyahati təşkil olunub. Budapeşt - Tehran VİP səyahət qatarı oktyabrın 14-də Budapeştdən yola düşüb. Qatarın kupelərində hamam, tualet və səyahət üçün lazım olan hər bir şərait var. Budapeştdən Tehrana səfərin qiyməti 9 min - 20 min pond arasıdır. Qiymətləri baha olsada bilətlərin hamısı satılıb.

Məlumata əsasən, biletlərin çoxu Avstraliya və Britaniya vətəndaşlar tərəfindən alınıb. İran qatarın ölkə ərazisində təhlükəsizliyinin tam təmin edəcəyini bildirib. Qatar Budapeştdən -Rumıniyaya oradan isə  Bolqarıstan və Türkiyə vasitəsi ilə İran ərazisinə daxil olacaq.  Sərnişinlər səfər müddətində qatarda gecələyəcəklər və İranın müxtəlif şəhərlərini gəzəcəklər. /