Avropa Məhkəməsi Leyla Yunusun işinə prioritet qaydada baxacaq

Avropa Məhkəməsi Leyla Yunusla bağlı daha bir qərar verib. Bu barədə hüquq müdafiəçisi Leyla Yunusun vəkili Xalid Bağırov məlumat yayıb.
"Leyla xanımın saxlanma dövründə pis rəftara məruz qalması işinə də Avropa Məhkəməsində prioritet qaydada baxılacaq", - deyə vəkil bildirib.
 
Ötən ilin iyulun 30-da Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilən Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə)), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə)), 213.2.2-ci ((Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilir.  azadliq/