Portuqaliya millisinin və "Real"ın futbolçusu Kriştiano Ronaldo ötən mövsümün ən yaxşısı seçilib. O, səsvermədə Aryen Robben (Hollandiya, "Bavariya") və Manuel Noyeri (Almaniya, "Bavariya") qabaqlayıb.
Qeyd edək ki, K.Ronaldo 2013/2014 mövsümündə "Real"la Çempionlar Liqasını və İspaniya kubokunu qazanıb.
Xatırladaq ki, 2012/2013 mövsümündə Avropanın ən yaxşı futbolçusu Frank Riberi (Fransa, "Bavariya") seçilib.