Avstraliyada şiə aliminə sui-qəsd olunub

 Avstraliya şiələrinin tanınmış ruhanisi Rəsul Musəvi dünən İmam Hüseyn(ə) əzadarlıq mərasimindən çıxarkən terrora məruz qalıb. Alimə qarşı hücum hadisəsi Sidney şəhərinin Rosdel küçəsində yerləşən Nəbiy Əkrəm(s) hüseyniyyəsində baş verib.
Maide.az-ın məlumatına görə, 47 yaşlı Musəvi odlu silahdan atılan güllə nəticəsində qolundan və üzündən yaralanıb. Hadisə baş verən zaman onun 4 uşağı da yanında olub. Musəvi hüseyniyyədə olan əzadarların köməyi ilə xəstəxanaya çatdırılıb. Cərrahiyyə əməliyyatı nəticəsində güllə qəlpələri bədənindən çıxarılan ruhaninin həyatı üçün artıq təhlükə qalmadığı bildirilib.
Avstraliyanın ABC radiosunun məlumatına əsasən, hadisə İŞİD terrorçuları tərəfindən törədilib. 
Avstraliyanın baş naziri Toni Abut bu hadisənin arxasında İŞİD terrorçularının olduğunu söyləyib. islaminsesi /