Avstriya da “erməni soyqırımı”nı tanıdı

Avstriya parlamenti “erməni soyqırımı”nı tanıyan bəyannamə qəbul edib. Ölkə parlamentindəki 6 əsas fraksiya bu günkü iclas zamanı bu barədə qərarı elan edib. İclas “soyqırımı” qurbanlarının 1 dəqiqəlik sükutla yad olunmasından sonra başlayıb.
Bəyannamədə 1915-ci il hadisələri “genosid” adlandırlır və Türkiyədən “bu tarixi faktı” tanıması tələb olunur.