Avtobus qəzasında ölənlərdən birinin 7 yaşı var - Video

Bakıda sərnişin mikroavtobusunun yük maşını ilə toqquşması nəticəsində 2 nəfər ölüb, 11 nəfər xəsarət alıb.

Hadisə Bakı-Qazax yolunun 16-cı kilometrliyində qeydə alınıb. 90 JB 642 dövlət nömrə nişanlı, “Ford” markalı yük maşını ilə 10 LK 183 dövlət nömrə nişanlı “Ford” markalı sərnişin mikroavtobusu toqquşub. İlkin məlumata görə, qəza zamanı mikroavtobusda olan iki nəfər dünyasını dəyişib, 11 nəfər xəsarət alıb.

Meyitlər Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən mikroavtobusdan çıxarılıb.

Ölənlərdən birinin 7-8 yaşlı qız, digərinin isə 30-35 yaşlı kişi olduğu açıqlanıb. Məlumata görə, mikroavtobusun sürücüsünün vəziyyəti ağır qiymətləndirilir.apa

Hadisə şahidləri ANS PRESS-ə baş verən qəzanın görüntülərini təqdim edirlər.
 
Qeyd edək ki, ürəyi zəif insanların həmin görüntülərə baxması məsləhət deyil./