Ayətullah Cavad Amuli: `Qərb insan öldürməkdən yorulduğu üçün bu gün demokratiya çağırışları edir`

İran və 5+1 qrupu arasında aparılan danışıqlara toxunan Ayətullah Cavad Amuli İran İslam Respublikasının kütləvi qırğın silahları istehsalının arxasınca olmadığını və bundan sonra da olmayacağını bildirib.
 
Maide.az xəbər verir ki, Ayətullah Amuli həmçinin İranın 8 illik müqəddəs müdafiə müharibəsi dövründə İraq Baas rejimi qarşısında müqavimətinə işarə vuraraq, "İslam İnqilabı düşmənləri bilməlidir ki, İran nə Qərbdən qorxur və nə də sionistlərdən" deyib.
 
Qərbin saxta insan haqları və demokratiya iddialarını da gülməli adlandıran Ayətullah Amuli, qərblilərin məhəbbət və ehtiramdan dolayı deyil, 1-ci və 2-ci dünya müharibəsi zamanı hədsiz dərəcədə insan öldürməkdən yorulduqları üçün bu gün demokratiya çağırışları etdiklərini deyib.