Ayətullah Məkarim Şirazidən bölgə ölkələrinə xəbərdarlıq

Qum İslami Elmlər Mərkəzinin mərcei təqlidlərindən olan Ayətullah Məkarim Şirazi bəzi region ölkələrinin tekfirci terror təşkilatı İŞİD ilə bağlı ikili standartlar siyasətlərini tənqid edərək, bu ölkələrin terrora qarşı mübarizə məsələsində sədaqətli olmadığını bildirib.
 
Maide.az xəbər verir ki, İranın Qum şəhərində BMT Baş Katibinin İraq üzrə xüsusi nümayəndəsini qəbul edən Ayətullah Məkarim Şirazi ölkələrdən bəzilərinin İŞİD terror təşkilatının cinayətlərini zahirdə pislədiklərini, amma eyni zamanda pərdə arxasında bu terror təşkilatı ilə yaxın təcrübə və əməkdaşlıq içində olduqlarını deyib.
 
İŞİD terror təşkilatını silahla təmin edən və hətta bu terror təşkilatının talan etdiyi nefti satın alan ölkələrə ciddi söhbətlərin aparılması lazım olduğunu qeyd edən Ayətullah Məkarim Şirazi, İŞİDİ dəstəkləmək və kömək etməkdən çəkinmək və İraq hökuməti ilə xalqın səfərbərliyinin bu terror təşkilatına son verəcəyini deyib.
 
BMT-nin İraq üzrə xüsusi nümayəndəsi Nikolay Meladonof isə bu görüşdə İŞİD ilə yalnız hərbi müstəvidə mübarizə edilməməsini və İraq xalqının ümumi mentalitetində də bu fikirlə qarşıdurma aparılması lazım olduğunu söyləyib.