Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei dəyərli alim mərhum Ayətullah Nəsrullah Şahabadinin vəfatı münasibətilə başsağlığı verib.
Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir:
"Mərhəmətli və Bağışlayan Allahın adı ilə! Dəyərli alim Cənab Ayətullah Nəsrullah Şahabadinin vəfatını onun yaxınlarına, şagirdlərinə, sevənlərinə, dini elmiyyə hövzələrə və ruhanilərə başsağlığı deyirəm. Mərhum Ayətullah Şahabadi İmam Xomeyni (rə) cənablarının şagirdi və yaxınlarından idi. İnqilab və İslam Respublikası sisteminə vəfadar və xidmətçi insanlardan olub. Uca Yaradandan onun üçün ən yüksək dərəcələri verməsini diləyirəm!"
Qeyd edək ki, mərhum Ayətullah Şahabadi mart ayının 12-də Tehranda vəfat edib.