Ali Rəhbər Ayətullah Xamenei “Təbii sərvətlər həftəsi və ağac əkimi günü” münasibəti ilə iki meyvə ağacı əkdi.
Maide.Az “Leader.ir” saytına isitnadən xəbər veri rki, sonra çıxış edən Həzrət Ayətullah Xamenei ağac əkimi günü və mərasiminin ümumrespublika səviyyəli mübarək bir ənənə olduğunu dedi.
Ayətullah Xamenei ölkədə meşə və yaşıllıqlara qarşı etinasızlıq nəticəsində böyük ziyanların yaşandığını bildirib. “Ağac əkmək və ölkədə yaşıllıqların genişləndirilməsi məsələsi ictimai mədəniyyətə çevrilməldiir.”
Ağaclaırn sıx olduğu bəzi yerlərin tikinti tikmək bəhanəsi ilə məhv edilməsini tənqid edən Ayətullah Xamenei bildirib ki, aidiyyatı qurumlar bu kimi halların qarşısını ciddiyyətlə almalıdır və buna icazə verməməlidir.