Ayətullah Xamenei: 'Gecə ABŞ-a sillə vuruldu.Lakin bu qisas deyil, əsl qisas ...'

'Cinayətkar ABŞ-ın regionda varlığına son qoyulmalıdır'
 
Maide.Az xəbər verir ki, bunu Ali RƏhbər Ayətullah Seyid Əli  Xamenei Qum xalqının 9 yanvar 1978-ci ildə Pəhləvi reeejiminə qarşı tarixi qiyamının ildönümü münasibətilə müxtəlif təbəqələrdən vətəndaşlarla görüşdə çıxışında deyib. 
 
Bu Ayətullah Xameneinin general Qasim Süleymaninin şəhid olmasından və bu gecə ABŞ-a endirilmiş raket zərbələrindən sonra ilk çıxışıdır.
 
Çıxışının davamında şəhid Qasim Süleymanidən danışan Ayətullah Xamenei bildirib ki, Şəhid Süleymani həm qorxmaz idi və həm də tədbirli idi.  “Bəzilərinin qorxmazlığı və şücaəti var lakin tədbirli deyillər, lazım ağıl sahibi deyillər,  bəzilərində həm ağıl var və həmdə tədbir lakin əməldə iş görən deyillər.  Şəhid Süleymani təhlükənin içinə girirdi”.
 
Ayətullah Xamenei Şəhid Süleymanin gördüyü işlərinin arxasında məntiq olduğunu bildirib və deyib ki,  şəhid Süleymaninin şücaət və tədbiri yalnız hərbi sahədə deyil, həmdə siyasət sahəsində tədbirli və şücaətli idi. Bu gün hər kəs bizim əziz, dəyərli və səadətli şəhidimiz Qasim Süleymani barədə danışır. O, həm cəsur, həm də səriştəli idi. O hər bir davranışını nəzərdən keçirdirdi. Onun həm də siyasi arenada cəsarəti və iradəsi var idi. Onun nitqi hər zaman təsirli və təəccüblü olurdu. Hər şeydən öncə o, səmimi idi. O mərdliyindən yalnız Allah üçün istifadə edirdi və İlahi təqvaya riayət edirdi. Hərbi sahədə də İlahi şəriəti nəzərində saxlayırdı. Bəziləri döyüş meydanında Şəriəti unudurlar, lakin o diqqətli idi. Harada ki, silah istifadəsinə ehtiyac olmazdı, o, silahdan istifadə etməzdi. Özünü təhlükəyə atar, amma hər bir əsgərinin təhlükəsizliyini təmin edərdi. Daxili məsələlərdə o heç bir partiyanı, heç bir fraksiyanı təmsil etmirdi, o sadəcə inqilabçı idi. İnqilabın keşiyi onun qırmızı xətləri idi. İmın və inqilabın dəyərlərinə həmişə sadiq oldu.
 
Bəzi dostlar bilməyə bilər, amma düşmənlər çox yaxşı bilirdilər ki, o, ABŞ-ın Qərbi Asiyada bütün məkrli planlarını alt-üst etmək üçün region ölkələrinə kömək edirdi. Amerikanın Fələstinlə bağlı planı bu idi ki, onları elə bir zəif vəziyyətdə saxlasın ki, müqavimət göstərə bilməsinlər. Lakin, Qasim Süleymani fələstinliləri təmin edirdi. Bu, onları müqavimət bacarıqlı etdi, fələstinli qardaşlarımız dəfələrlə buna şahidlik ediblər.
 
Rəsmi şəxslərlə görüşlərdə Hacı Qasim bir küncdə oturardı ki, çox görünməsin. Biz onu həmin şəxslərin arasından tapmalı olurduq.
 
Onun səyləri sayəsində ABŞ-ın Suriyada, İraqda, Livanda planları alt-üst oldu. ABŞ Livanı Hizbullahdan məhrum etmək istəyirdi, lakin Hizbullah daha da gücləndi. Bu gün Livanın vuran əli Hizbullahdır və şəhid Süleymaninin bu ölkədə xidmətləri fövqəladədir. Şəhid Qasim Süleymani, onun regiondakı dostları, şəhid Əbu Mehdi Mühəndis böyük işlər gördülər.
 
O gördüyü işləri fəxrlə danışmazdı. Lakin, mən bu gün and içirəm ki, o möhtəşəm işlər görüb. Onun şəhadəti dünyada  bir inqilaba yol açdı. Bəziləri belə təəssürat yaratmaq istəyirdilər ki, inqilab sona çatıb. Lakin, inqilab diridir. Siz Tehrada və digər şəhərlərdə dəfn mərasimləri zamanı nə baş verdiyini gördünüz. Mən, əziz kermanlı qardaşlarımızın vida mərasimində vəfatında dərin hüzn keçirirəm. Bu mənzərə onların gözlərinə kül tökdü. Düşmənlər böyük İran xalqı qarşısında özlərini aşağılanmış gördülər.
 
Bizim borcumuz nədir? Qisasın vacib bir mərhələsi həyata keçirildi, biz onalara böyük bir sillə vurduq. Lakin, bu hərbi əməliyyatlar kifayət deyil. Əsl qisas  - ABŞ-ın regionda varlığının sonudur."
 
Ayətullah Xamenei deyib ki, düşmən ABŞ, sionist rejim və dünyanın talançı şirkətlər toplusudur. Onların planı budur ki,  gənclərimizi və xalqımızın iradəsini zəiflətsin və qırılmaz iradələrində şübhə oyatsınlar. Müzakirə etmək və masa arxasında əyləşmək ABŞ-ın müdaxiləsinin müqəddiməsidir.       

 
Müzakirə etmək və masa arxasında əyləşmək ABŞ-ın müdaxiləsinin müqəddiməsidir