Ayətullah Xamenei başsağlığı verib

Ali Rəhbər Ayətullah  Seyyid Əli Xamenei  Konarak hərbi dəniz gəmisində  baş vermiş hadisədə Hərbi Dəniz Qüvvələrinin bir qrup üzvinin şəhid olması münasibətilə başsağlığı verib.
 
Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir:
 
"Mərhəmətli və Bağışlayan Allahın adı ilə! 
 
 İran Silahlı Qüvvələrinin  baş komandanı general-mayor Musəvi cənablarına 
 
Silahı Qüvvələrin HDQ-sinin bir qrup üzvinin  Konarak gəmisində baş vermiş ağrılı hadisədə şəhid olması xəbəri mənim üçün çox acı və  təssüfedici idi.  Baxmayaraq ki, onlar ağır və fəxr edici bir xidmət yerinə yetirdikləri zaman həyatlarını itiriblər və ilahi  savab və əcrlərini alacaqlar inşallah. Lakin  bu əzizlərin həyatını itirməsi  həm ailələri  üçün kədər, və həmdə  çalışqan və səmimi gənclərin  itirilməsi  Hərbi Dəniz Qüvvələri üçün böyük və ağır itgidir. Bu kədərli hadisəni ailələrinə başsağılığı verir, Allahdan onlar üçün səbr və yaralananlar üçün şifa diləyirəm.  Aidiyyatı  qrum rəsmilərindən istəyirəm ki,  hadisənin təfərrüatını düzgün araşdırsın və  ehtimal olunan təqsirkarları  müəyənləşdirərək  lazimi tədbirləri görsünlər ki, bir daha  belə  ziyanverici və acı hadisələr baş verməsin.”