Ali Rərhbər Ayətullah Seyid Əli Xamenei İraqın Baş naziri Mustafa Əl-Kazimini qəbul edib.
Maide.Az "khamenei.ir" saytına istinadla xəbər verir ki, görüş zamanı bölgədə, xüsusən İraqda cərəyan edən hadisələr müzakirə edilib.
İraq dövlət rəsmiləri ilə birgə Tehrana səfər edən Əl-Kaziminin Tehrana səfəri sabah başa çatacaq.