Ayətullah Xamenei: ABŞ İraqda müstəqil və güclü hökumətin formalaşmasına qarşıdır

"İran heç vaxt  İraqın daxili işinə müdaxilə etməyib və etməyəcək."
 
Maide.Az  "leader.ir" saytına istinadla xəbər verir ki,  bunu bu gün  İraqın  baş naziri Mustafa Əl-Kazimi ilə görüşdə Ali Rəhbər Ayətullah  Xamenei deyib. 
 
Ayətullah Xamenei bildirib ki, İran  izzətli,  müstəqil və ərazi bütövlüyü, vəhdət və  daxili birliyi qorunub saxlanan İraq istəyir.  “İran İraq dövlətini zəiflədəcək hər bir şeyə qarşıdır”. 
 
Ali Rəhbər  İran və İraq arasındakı əlaqələri dərin, tarixi, dini, mədəni və sözün həqiqi mənasında qardaşcasına adlandırıb və qeyd edib ki,  İran üçün  iki ölkənin münasibətlərində önəmli olan İraqın mənafeyi, sabitliyi, izzəti, regional gücü və  vəziyyətinin yaxşılaşdırılmasıdır.  “Əlbətdə  Amerikalıların  İraqa baxışı  İranın əksidir.  Çünki  ABŞ  sözün həqiqi mənasında düşməndir. İraqda müstəqil, güclü və əksəriyyətin səsi ilə formalaşan hökumətin təşkilinə qarşıdır”.  
 
Ayətullah Xamenei  bildirib ki, ABŞ üçün  İraqın baş nazirinin kim olması önəmli deyil, onlar Səddam devrildikdən sonra İraqı idarə edən Pol  Bremer ((2003-2011) İraq Müvəqqəti Koalisiya Şurasının I Sədri) kimi bir idarəçinin ardıncadırlar.  “İran İraqla Amerikanın münasibətlərinə müdaxilə etmir lakin  istəyir ki, İraqlı dostlarımız  ABŞ-ı tanısın və bilsinlər ki, ABŞ-ın  hər bir ölkədə varlığı  korrupsiya və dağıdıcılıq mənbəyidir. İran İslam Respublikası istəyir ki, İraq dövləti, xalqı və parlamentinin  Amerikalıların çıxarılması ilə bağlı qərarı icra olunsun çünki  onların İraqda mövcudluğu sabitsizlik yaradır.”
 
Ali Rəhbər  şəhid general Süleymani və Əbu Mehdi Əl-Mühəndisin terror etməsini ABŞ-ın İraqdakı mövcudluğunun nəticəsində baş veridyini bildirib. . "Onlar sizin qonağınızı evinizdə  öldürdülər və  açıq-aşkar  bu cinayəti etiraf etdilər bu balaca məsələ deyil."
 
Ali Rəhbər  Əl-Kaziminin dövlətini seçmək üçün İraqın siyasi hərəkatları və qruplarının birləşməsini bəyənilən addım kimi qiymətləndirib və bildirib ki,  ABŞ və onların əlaltıları  həmişə  bölgə ölkələrində  güc boşluğu ardıncadılar ki, xaos  və özlərinin müdaxiləsi üçün zəmin yaratsınlar.  Necə ki, Yəməndə bu işi gördülər və  hazırda Yəməndəki  təssüfedici vəziyyəti hamı görür. 
 
Ayətullah Xamenei  İranın  Əl-Kaziminin hökumətini dəstəklədiyini bildirib və qeyd edib ki,  ağıl, din və  təcrübə tələb edir ki, İran və İraq arasında münasibətlər  bütün sahələrdə  inkişaf etdirilsin. “Əlbətdə, İran və İraq arasında münasibətlərin inkişafını istəməyənlər var və onların başında Amerika  durur. Lakin  heç vaxt  ABŞ-dan qorxmaq lazım deyil,  çünki heç bir qələt edə bilməz. Amerikalılar zəhmət və əziyyətə səbəb olurlar lakin İraq dövləti  bu narahatçılıqlara baxmayaraq  öz yolunu tam güclə davam etdirməlidir və  xalqı özünə  arxa və dayaq seçməlidir”. 
 
Ali Rəhbər mərcəyi təqlidləri və şəxsən Ayətullah Sistanini  İraq üçün böyük bir nemət adlandırıb və qeyd edib ki,  Həşdü-Şəbi də İraq üçün bir nemətdir və  onu qorumaq lazımdır.
 
Görüşdə İraq baş naziri Mustafa Əl-Kazimi  İran və İraq arasındakı əlaqələri tarixi və dərin adlandırıb və  Ali Rəhbərə  tövsiyə və nəsihətlərinə görə təşəkkür edib.  “Sizin  nəsihətləriniz  problemlərin həllinin açıarıdır və  mən bu göstərişlərinizə görə sizə təşəkkür edirəm.”