Azərbaycan iki yeni təyyarə aldı

Azərbaycanın "Silk Way Airlines" şirkəti "Boeing 747-8" markalı iki yeni yük təyyarəsi alıb.
 
Bu barədə "Boeing" şirkətinin saytında yerləşdirilmiş məlumatda deyilir.
 
Bildirilir ki, təyyarələrdən biri Azərbaycanın aviasiya şirkətinə ötən həftə, digəri isə avqustun 28-də çatdırılıb.
 
Müasir "Boeing 747-8" təyyarələri "Boeing-747-400" təyyarələrində 16 faiz daha tutumludur. İndiyədək müxtəlif aviaşirkətlərə "Boeing 747-849" markalı 49 yük təyyarəsi satılıb.
 
Azıərbaycanın "Silk Way Airlines" aviaşirkətinin mənzil-qərargahı Bakıda yerləşir. Aviaşirkət 50-dən artıq istiqamətdə müntəzəm və çarter yük reyslərinin həyata keçirilməsi üzrə liderdir.