Azərbaycanda 60 yaşlı qadın özünü 8-ci mərtəbədən atıb

Bakıda intihar hadisəsi baş verib.
 
Suraxanı Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Yeni Günəşli qəsəbəsində qeydə alınıb.
 
Qəsəbə sakini, 1954-cü il təvəllüdlü Sevil Ələkbər qızı Babayeva özünü yaşadığı binanın 8-ci mərtəbəsindən, yataq otağının pəncərəsindən ataraq intihar edib.
 
Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
 
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.