Azərbaycanda radikalizmdə səngimə, azalma görürük - Mübariz Qurbanlı

"Son zamanlar görülən tədbirlər nəticəsində ölkədə dini radikalizmin azalması müşahidə olunur. Azərbaycanda islami dəyərlərimizə zidd olan ayrı-ayrı qruplar, radikallaşmış dəstələr fəaliyyət göstərir, lakin onların nə ictimai, nə də sosial dayaqları yoxdur".

SalamNews xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib: "Komitə sədri deyib ki, bu cür qruplara qarşı biz maarifləndirmə yolu ilə müvafiq yollarla işlərimizi davam etdiririk. Aparılan işlər də çox böyük nəticələr verir. Artıq Azərbaycanda radikalizmdə səngimə, azalma görürük. Bütövlükdə bundan əvvəl də görülən işlər öz bəhrəsini verib. Dini radikalizmi yaradan səbəbləri aradan qaldırmaq üçün işlər davam edir. Bunlardan biri də dini maarifləndirmədir, dini icmalarla işdir". /