Azərbaycanlılar bu il banklardan 18 milyard manata yaxın kredit götürüb

2014-cü il Noyabrın 1-də əhalinin banklardakı əmanətləri keçən ilin müvafiq dövrünə nisbətən 11,1 faiz artıb.
 
Bu barədə Dövlət Statistika Komitəsindən FaktXəbər-ə məlumat verilib.
 
Belə ki, əhalinin banklardakı əmanətləri 7 milyard manat təşkil edib. Xatırladaq ki, onların 4,4 milyard manatı milli valyuta ilə, 2,6 milyard manatı isə xarici valyuta ilə qoyulub.
 
Noyabrın 1-nə kimi ölkənin maliyyə-kredit təşkilatları 17,8 milyard manat məbləğində kredit verib, kreditlərin 79,2 faizi uzunmüddətli olub, 5,3 faizinin (917 milyon manat) ödəmə vaxtı keçib. /