Azərbaycan Ermənistan və Gürcüstandan geri qaldı

Azərbaycan Forbes jurnalının hazırladığı biznes üçün əlverişli ölkələr siyahısında 60-cı yeri tutub.
Dərginin məlumatına görə, keçmiş SSSR dövlətlərindən reytinqdə Estoniya (22) və Litva (24), Latviya (36) və Gürcüstan (47), Azərbaycan (60), Ermənistan (56), Qazaxıstan (65), Moldaviya (75), Ukrayna (88) və Rusiya (91) yer alıb.
Forbes bildirir ki, Rusiyada mülkiyyət hüquqlarının qorunması hələ də təmin olunmayıb, şəxsi sektor isə dövlətin intensiv müdaxilə obyekti kimi qalmaqdadır.
Bundan əlavə, Rusiyanın əmtəə eksportundan asıllı olması onu xammala tələbatın azalmasına daha da həssas edir.
Forbes biznes üçün 2014-cü ildə ən yaxşı ölkə kimi Danimarkanı qeyd edib.
İlk üçlüyə həmçin Honkong və Yeni Zeylandiya daxil olub.
2013-cü ildə biznes üçün ən yaxşı ölkə İrlandiya seçilmişdir.
Ümumilikdə Forbesin "Biznes üçün ən yaxşı ölkələr - 2014" siyahısına 146 ölkə daxil olub.
Bu ölkələrin nailiyyətləri 11 əsas üzərində müəyyənləşdirilib : Vətəndaşların şəxsi azadlığı; Mülkiyyət və investisiya hüquqlarının qorunması; Qiymətlərin stabilliyi; Texnologiyanın inkişaf səviyyəsi; Dövlətin biznesə təsir səviyyəsi; Rüşvətxorluq; Vergi yükü və bazar aksiyalarının vəziyyəti; İnnovasiyaların həyata keçirilməsi; Eksport və import malları üçün baryerin mövcudluğu. Haqqin.az/