Azərbaycana qar yağıb - FOTO

Azərbaycana qar yağıb.

Yağıntı Qax, Zaqatala, Balakən, Şəki, Quba, Qusar və Xızı rayonlarına düşüb.

Qeyd edək ki, meteoroloqların proqnozu özünü doğrultdu. Belə ki, dünən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumatda fevralın 13-də Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı qeyd olunmuşdu.

Həmçinin, məlumatda gündüz bəzi rayonlarda qısa fasilələrlə yağıntı olacağı, qərb küləyi əsəcəyi, ayrı-ayrı yerlərdə arabir güclənəcəyi də deyilirdi.(Oxu.Az)