Bəhreyndə hüquq müdafiəçisi həbs olundu

Bəhreyn insan haqqları mərkəzinin başçısı Nəbil Rəcəb Bəhreyndə Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub
 
Maide.az-ın "Əl-Məyadin" televiziyasına istinadən verdiyi məlumata görə, Rəcəb dünən bu ölkə hakimiyyətinə qarşı olmaqda ittiham edilərək həbs olunub.
 
Nəbil Rəcəb 2011-ci ildə Bəhreyndə sülhsevər aksiyaların başlamasından bu zamana qədər bir neçə dəfə həbs olunub və sərbəst buraxılıb.
 
Həmçinin bildirilir ki, Bəhreyn rejimi bu ölkədə insan haqqları sahəsindəki fəaliyyətləriylə tanınan Məryəm əl-Hocanın da ölkədən çıxışına qadağa qoyub.
 
Bəhreyndə 2011-ci ildə başlayan xalq nümayişləri zamanı əhəmiyyətli rolu olan Məryəm əl-Hocanın atası Əbdülhadi əl-Hoca da saxlanlaraq, ömürlük həbs verilib.