Bərdə selə qərq oldu- Fotolar

Ötən gün axşam saatlarında yağan güclü yağış Bərdəni selə qərq edib.

“Qafqazinfo” xəbər verir ki, avtomobil yolları ilə bərabər bir sıra yaşayış məntəqləri yağış sularının altında qalıb.

Bərdədə axşam saatlarında başlayan yağış küçələrdə gölməçələr əmələ gətirib. Şiddətli yağış ətrafı selə qərq  edib. Rayonun mərkəzi küçələri və avtomobil yolları su içində qalıb. Yollarda yığılmış yağış suyun hündürlüyü 15-20 sm metrə çatıb. Gölməçələrdə hərəkət edə bilməyən bəzi maşınlar isə  suyun içində qalıb. Sürücülər çətinliklə olsa da yolun ortasında qalmış maşınlarını düzəltməyə çalışıblar. Dayanmadan yagan  yağış  sürücülərin  vəziyətini daha da çətinləşdirib. Yerli sakinlərin sözlərinə görə, rayon kanalizasiya sistemləri olmadığından yağış sulları yollara yığışır.

Yağış yollarla bərabər yağayış məntəqələrində də acınacaqlı vəziyyət yaradıb. Rayonun məcburi köckünlərin evlərini su basıb. Torpaqdan tikilən evlərin hasarlarında çatlar əməl gəlib. Bəzi evlərin dam örtüyü bərbad olduğundan evlərin içinə su tökülüb. /