Bəhreyndə anti-hökumət aksiyaları keçirilib

Bəhreyn vətəndaşları bir daha Ali Xəlifə rejiminin siyasətlərinə etiraz olaraq aksiya keçiriblər.
 
Maide.az-ın Press TV-yə istinadən məlumatına görə,bu gün Bəhreynin müxtəlif şəhər və kəndlərində, o cümlədən Manama və Kərzəkanda Bəhreyn vətəndaşlarının iştirakı ilə dinc  aksiyalar keçirilib.
Ali Xəlifə rejiminin yürütdüyü siyasətlərə etiraz olaraq keçirilən bu aksiyalarda etirazçılar  siyasi məhbusların azad edilməsini tələb ediblər. 
Bəhreynin Əl-Vifaq Cəmiyyəti  bəyanat yayaraq bazar ertəsi günü bu ölkənin qərbində törədilən partlayışları pisləyib. 
Qeyd edək ki, 2011-ci ilin fevral ayından, Bəhreyn vətəndaşları Ali Xəlifə rejiminin yürütdüyü siyasətlərə etiraz edir və ölkədə sosial azadlıq və ədalətin bərpa edilməsini tələb edirlər. Lakin Ali Xəlifə rejiminin təhlükəsizlik qüvvələri aksiyaçılara divan tutur və həbs etdiyi etirazçılara da işgəncələr verir. /