Bəhreyndə məscidlərin dağıdılması prosesi davam edir

 Ali Xəlifə rejiminin məmurları dekabrın 18-də Manamanın qərbində yerləşən şiələrə aid Əl-Vətiyyə məscidinin binasını "köhnə olduğu" iddası ilə  dağıdıblar. 
Maide.az Livan xəbər portallarına istinadən məlumat verir ki, Bəhreynin Əl-Cəfəriyyə Vəqflər İdarəsi bildirir ki, " Əl-Vətiyyə məscidinin dağıdılması Bəhreyn rejiminin şiələrə qarşı mübarizə aparmasının və məzhəblər arasında münaqişə yaratmaq istəyinin göstəricisidir."
Bəhreyn xalqı dağıdılmış məscidin ərazisində namaz qılaraq Ali-Xəlifə rejiminə etirazını bildirib.
2011-ci il fevralın 14-də Bəhreyn xalq inqlabının başlanması ilə Ali-Xəlifə rejimi bu ölkədə təqribən 40 məscid dağıdıb, bir neçəsini isə parklara çevirib.  //