Bəhreynlilər Ərəbistanın Yəmənə təcavüzünü pislədilər

Maide.az-ın məlumatına görə, Bəhreyn vətəndaşları ötən gün bu ölkənin bir çox şəhər və bölgəsində "Ey Ali Səud! Daha bəsdir!" şüarı adı altında aksiya keçiriblər. 
 
Bu aksiyaların iştirakçıları Ərəbistanın Yəmənə təcavüzünün dayandırılmasına dair şüarlar səsləndiriblər. 
 
İnqilabçı qrupların çağırışı ilə küçələrə axışan bəhreynli etirazçılar Ərəbistan hərbçilərinin Bəhreyn torpğaından çıxmasının vacibliyini əks etdirən yazılı plakatlar daşıyıblar. 
 
Bəhreyn vətəndaşları şüarlar və plakatları ilə bildiriblər ki, sionist və Ərəbistan rejimlərinin müştərək məkrli planları iflasa uğrayacaq və azadlıq sevər müsəlmanlar onlara qalib gələcəkdir. 
 
Bəhreynli etirazçılar Ali-Xəlifə rejiminin Yəmənə təcavüzdə Ərəbistanla əlbir olmasını pisləyiblər. 
 
Bir çox bəhreynli gənc bu aksiyalarda meydan və küçələri bağlayıb.