Bəşər Əsəd Rusiyadan kömək istədi

Suriya Prezidenti Bəşər Əsəd Rusiyadan onlara hərbi köməklik göstərməyi xahiş edib. Trend-in məlumatına görə, bunu Rusiyanın prezident adminstrasiyasının rəhbəri Sergey İvanov bəyan edib.
 
Rəsmi Dəməşq sentyabrın 30-da Rusiya prezidenti Vladimir Putindən kömək istəməsini təsdiqləyib.
 
Söhbət Suriyaya hərbi təyyarələr göndərilməsindən gedir.
 
Bu bəyanatdan əvvəl Rusiyanın Federasiya Şurası yektilliklə prezident Putinin Suriyaya ordu göndərməsinə səlahiyyət verən qərar qəbul edib.
 
Prezident administrasiyasının rəhbəri Sergei İvanov səsvermədən sonra bildirib ki, söhbət yalnız Suriyaya hərbi-hava qüvvələri göndərilməsindən gedir və burda quru qoşunları nəzərdə tutulmur ./