Bəzi ərazilərə 13 sm hündürlüyündə qar yağıb

Yanvarın 15-i axşam saatlarından başlayaraq şimal bölgəsində hava şəraiti kəskin dəyişib, bəzi yaşayış məntəqələrinə qar yağıb.
 
Qubanın Xınalıq və Qrız kəndində qarın hündürlüyü 13 santimetr, Xaltan kəndində 5 santimer, rayon mərkəzində isə 3 santimer təşkil edib. Qusarda 4 santimer, Xızının Altıağac qəsəbəsində isə qarın hündürlüyü 5 santimerə çatıb.
 
Ən aşağı temperatur isə Qubanın Xınalıq və Qrız kəndlərində qeydə alınıb. Burda temperatur mənfi 12 dərəcəyədək enib. /azertac