Bakı-Sumqayıt avtomagistralında yaranan tıxacların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
Bu məqsədlə Bakı-Sumqayıt yolunun 9-cu km-də yeni yolötürücüsü tikilib. Həmçinin digər tərəfdə Bakıdan Sumqayıta qayıdan istiqamətdə yolun genişləndirilməsi işləri tamamlanmaq üzrədir. Bu yeni yol ərazidə yerləşən hərbi hissədən Yol Polisi postuna çıxışı təmin edəcək. Uzunluğu 45 m olan bu yol bir aşırımlıdır.
Hazırda həmin yerdə yolun bir hissəsinə asfalt örtüyü döşənib.(azvision.az)