Ötən gün axşam saat 19:00 radələrində Bakının Nizami rayonunda faciəvi hadisə baş verib.
Nizami rayon Polis İdarəsi 24-cü polis bölməsindən verilən məlumata görə, hadisə rayonun Elşən Süleymanov küçəsi, ev 160, mənzil 54 ünvanında qeydə alınıb.
Belə ki, beşmərtəbəli binanın 5-ci mərtəbəsindəki evin eyvanından yıxılan 2009-cu il təvəllüdlü Əli Elşad oğlu Qardaşov yerindəcə ölüb. Uşaq yerə başıaşağı yıxılıb.
İlkin ehtimala görə, uşaq ehtiyatsızlıqdan yıxılıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.