Bakının Sabunçu rayonunda 6 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, qəza Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində qeydə alınıb. “Mercedes” markalı avtomobilin “VAZ-2106” markalı avtomobillə toqquşması nəticəsində 6 nəfər ölüb, 2 nəfər yaralanıb.
Məlumata görə, ölənlərin hamısı VAZ-2106” markalı avtomobildə olublar. “Mercedes”in sürücüsü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Ölən və xəsarət alan şəxslərin kimliyi müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.