Bakıda intihar məqsədilə özünü dənizə atan şəxs xilas edilib

Bakıda bir nəfər intihara cəhd edib. 
 
Maide.az-ın FHN-in saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər intihar məqsədi ilə özünü dənizə atıb.
 
Həmin şəxs Fövqəladə Hallar Nazirliyinin “Hövsan” sularda xilasetmə postunun xilasediciləri tərəfindən xilas olunub.
 
Əməliyyat saat 21:20-də başa çatıb.