Bakıda növbəti `Quran Gecəsi` keçirilib

Bakıda Hacı Cavad məscidində növbəti "Quran Gecəsi" baş tutub. 
 
Mərasimdə tanınmış quran qariləri o cümlədən ilahiyyatçı alimlər, ziyalılar, inanclı insanlar iştirak ediblər. 
 
Mərasimdə əvvəlcə məscidin axundu ilahiyyatçı alim Hacı Əhliman Rüstəmov çıxış edib.
 
Bildirib ki, artıq Hacı Cavad məscidində belə bir tədbirin keçirilməsi ənənə halını alıb. Bu günlər həmçinin dünya müsəlmanları İslam Peyğəmbərinin (s) nəvəsi, Kərbəla həqiqətlərinin dünyaya çatdırıran, Kərbəla səhnəsinin misilsiz qadın qəhrəmanı Xanım Zeynəbin (ə) mövlud gününü qeyd edirlər. Xanım Zeynəb çox dözümlü, güclü, səbirli olub. Kərbəla həqiqətlərinin dünyaya çatdıran da məhs Xanım Zeynəb olub. Zeynəb ərəb dilində "atasının zinəti" deməkdir. Daha sonra Quran qarilar müxtəlif sürələrdən Quran oxuyublar. Məclis ehsan süfrəsinin verilməsi ilə başa çatıb.