Bakıda ŞOK cinayət; bir gecədə 8 avtomobilin nömrələri oğurlandı

Noyabrın 22-dən 23-nə keçən gecə Səbail rayonu, Bayıl qəsəbəsində qeyri-adi oğurluq hadisəsi baş verib. Həmin gecə Əlibəyov qardaşları və Cənub dərə küçələrində müxtəlif markalı 8 avtomobilin hər iki dövlət iki dövlət nömrə nişanları naməlum şəxslər tərəfindən oğurlanıb. Oğrular sox səliqəli «işləyiblər». Onlar nömrələri səliqəli şəkildə açaraq özləri ilə aparıblar. Avtomobil sahibləri nömrələrin oğurlanmasından səhər saatlarında xəbər tutub. Vətəndaşlardan birinin Səbail rayon 8-ci polis bölməsinə müraciətindən sonra əraziyə əməliyyat-axtarış qruppa gəlib. Lakin burada məlum olub ki, təxminən 200 metr məsafədə bir yox, 8 avtomobilin nömrələri oğurlanıb. Qeyd olunan ərazi tam işıqlandırılmır. Burada müşahidə kameraları da yoxdur. Bu səbəbdən də oğruların tapılması bir az müşkül məsələ olsa da, artıq əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
Avtosfer.az-ın Səbail rayon Polis İdarəsindən əldə etdiyi məlumata görə, oğurlanan nömrələrlə bağlı idarəyə 7 müraciət daxil olub. Bir nəfər isə şikayətçi olmayıb. Artıq oğurlanan nömrələrlə bağlı bütün respublika üzrə axtarış-əməliyyat tədbirləri keçirilir. Həmin nömrələr bütün polis idarə və bölmələrinə elan olunub. Bu nömrələrdən hansısa avtomobildə istifadə olunarsa, dərhal saxlanılacaq.
 
İdarədən onu da öyrəndik ki, oğurlanan nömrələr arasında Lativa Respublikasının Azərbaycandakı səfirliyinə məxsus «Hyundai-Santafe» markalı avtomobilə məxsus SFR-0382 dövlət nömrə nişanı da var.
Digər avtomobillərin markalı və və onların dövlət nömrə nişanları isə aşağıdakı kimidir:
1. «Hyundai-Acsent» - 90 KP 208
2. «Mazda» - H 023 361 
3. «İsuzu» - avtobus – H 011 724
4. «Hyundai-Tucson» - 90 LX 418
5. «Mersedes» - 99 EL - 477
6. ZİL-130 – 85 BZ 992
Qeyd edək ki, oğurlanan 8-ci nömrə də «Mersedes» markalı avtomobilə məxsus olsa da, sahibi şikayət etməyib. Oğrular avtomobillərin başqa ehtiyyat hissələrini oğurlamayıblar. Maşınlara başqa zərər də vurulmayıb. Görünür, oğrulara yalnız nömrələr lazım imiş. Özü də nömrələrdən biri diplomatik, ikisi isə firma nömrəsi olub.
 
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin höbə rəisi, polkovnik Kamran Əliyev Avtosfer.az-a bildirib ki, bir gecədə 8 avtomobilin hər iki dövlət nömrə nişanının oğurlanması heç də xoş niyyətli əməl deyil. Bunu planlaşdırıb həyata keçirənlərin niyyətinin baş tutmayacağına əminliyini bildirən K.Əliyev deyib ki, artıq məsələ polis tərəfindən rəsmiləşdirilib və bütün ölkə üzrə axtarış elan olunub. Buna görə görə, onlar bu nömrələrdən istifadə etdikləri halda dərhal saxlanılacaqlar: «Çünki əgər oğurlanmış nömrələrlə bağlı polisə məlumat daxil olursa, həmin nömrələr dərhal yol polisinin elektron informasiya sistemində xüsusi nəzarədə qoyulur. Əgər həmin nömrələr başqa maşınların üzərində olarsa, bu maşınlar haradasa hərəkət edərsə yollarda quraşdırılmış müşahidə kameraları onları çəkir və dərhal həyəcan siqnalı verilir. Bu siqnal vasitəsilə müəyyən etmək olur ki, həmin nömrə hansı model avtomobilin üzərinə vurulub və harada hərəkət edir. Bununla da, həmin avtomobili saxlayıb tədbir görmək mümkün olar».
Kamran Əliyev bildirib ki, avtomobilin dövlət nömrə nişanları itirilərsə və yaxud da, oğurlanarsa, vətəndaş dərhal polisə məlumat verməlidir: «Bizi sürücülərimiz belə halda ilk növbədə dost-tanışa, qohum-əqrabaya məlumat verir. Amma bunun faydası yoxdur. İlk növbədə polisə məlumat verilməlidir. Çünki o nömrələrdən istifadə edərək hansısa cinayət törədə bilərlər. Onlar bunu etməmiş vaxtında vətəndaşlar vaxtında məlumat verilməlidir ki, qabaqlayıcı tədbirlər görülsün».
Şöbə rəisinin sözlərinə görə, artıq oğurlanmış nömrələrin sahibi həmin nömrələrdən istifadə edə bilməyəcklər. Çünki onlara yeni nömrə almalı olacaqlar: «Qanunvericiliyə görə, belə halda həmin nömrələr ləğv edilir və axtarışa qoyulur. Nə vaxtsa həmin nömrələr tapılarsa, sahibinə təqdim edilir. Vətəndaş istəsə həmin nömrəni ala bilər. Amma indiki halda 8 avtomobilin nömrələri ləğv olunur və onlar yeni nömrə almalıdırlar».
Qeyd edək ki, yeni dövlət qeydiyyat nişanının alınmasının dövlət rüsumu təxminən 41 manata başa gəlir; 22 manat nömrə, 17 manat texniki pasport, 2 manat bank xərci.
Kamran Əliyev vətəndaşlara müraciət edərək yuxarıda qeyd olunan dövlət nömrə nişanları barədə məlumatı olanları polisə məlumat verməyə çağırıb: «Vətəndaşlardan xahiş edərdim ki, həmin nömrələri yadda saxlasınlar, bu cür məsələlərə ciddi yanaşsınlar. Həmin nömrələri hansısa avtomobilin üzərində görərlərsə bu barədə dərhal Daxili İşlər Nazirliyinin 102, Dövlət Yol Polisi İdarəsinin 902 telefon xidmətinə məlumat versinlər. Anonimlik qorunacaq».