Bakıda qətlə görən tutulan qadın həbsxanada intihar etdi

Bakıda məhbus qadın intihar edib. Lent.az-ın məlumatına görə, hadisə Kürdəxanıdakı İstintaq Təcridxanasında baş verib. Təcridxanada saxlanılan və Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinən 1960-cı il təvəllüdlü Atayeva Nailə Əziz qızı özünü asıb. Hələ məhkəməsi davam edən N.Atayeva həbsxana kamerasının gəzinti otağında özünü dəmir barmaqlıqdan mələfə ilə asıb. Onun asılı vəziyyətdə qalmış meyitini nəzarətçilər aşkarlayıblar.
 
Qeyd edək ki, N.Atayeva 2 ay əvvəl Nəsimi rayonu  dünən A.Mustafayev küçəsində yaşadığı evdə Bakı şəhər sakini 50 yaşlı Lalə Vəliyevanı qətlə yetirib. O, rəfiqəsini başını çəkiclə əzərək amansızlıqla öldürüb.